Ötən ay azad edilən ərazilərdə 683 mina AŞKARLANDIbackend

Ötən ay azad edilən ərazilərdə 683 mina AŞKARLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 6.903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*