Forbes milyarderlər reytinqinin son versiyasına 2,6 min nəfər daxil edilib. Onlardan 21-i son bir ildə dünyasını dəyişib. Ölənlərin ən zənginlərinin sərvətinin 8 milyard dollar olduğu bildirilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onlardan doqquzu ABŞ vətəndaşı olub, üç milyarder Hindistanda, ikisi Malayziyada dünyasını dəyişib. Ölən 21 nəfərdən yalnız biri qadın olub. Bu, Çinin WuXi AppTec əczaçılıq şirkətinin həmtəsisçisi Jao Ningdir. Onun 56 yaşı var idi və son 20 ildə xərçənglə mübarizə aparırdı.
2023-cü ildə ölən milyarderlərin orta yaşı 85 olub. Onların demək olar ki, yarısının ən azı 90 yaşı var, xüsusən də şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Misirli milyarder Məhəmməd Əl-Fayedin 94 yaşı var idi. O, Parisdəki Ritz otelinin sahibi idi. Sahibkar həmçinin London univermağı Harrods və Fulham futbol klubunun keçmiş sahibi kimi tanınır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
