“Övladlarımızı bizə geri qaytarın” – Erməni əsgər anaları aksiya keçirirbackend

"Övladlarımızı bizə geri qaytarın" - Erməni əsgər anaları aksiya keçirir

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda hərbi xidmətdə olan əsgərlərin valideynləri etiraz aksiyası keçirib.

KONKRET.az bu barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.

Məlumata görə, onlar hökumət binasının qarşısında da irimiqyaslı aksiya keçirəcəklərini bildiriblər.

Erməni valideynlərin əsas tələbi Ermənistanın işğalı altında olan torpaqlar Azərbaycana qaytarılana və dövlət sərhədi bağlananadək övladlarının evə buraxılmasıdır:

“Biz Laçının dekabrın 1-də təhvil veriləcəyini eşitmişik. Ona görə də övladlarımızın indi qaytarılmasını istəyirik. Çünki bundan sonra bizim övladlarımızın da taleyinin döyüşdə iştirak edənlərinki kimi olmayacağına təminat yoxdur”,

Başqa bir əsgər anası isə övladının itkin düşməsini istəmədiyini deyib:

“Heç kim bizə təminat verə bilməz ki, noyabrın 30-dan sonra uşaqlarımız evə sağ-salamat qayıdacaq”. O, cəmiyyəti bu problemə laqeyd qalmamağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*