Oxçuçayı çirkləndirən kombinatda ƏMƏLİYYAT KEÇİRİLİRbackend

Oxçuçayı çirkləndirən kombinatda ƏMƏLİYYAT KEÇİRİLİR

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Zəngəzur Mis-Molibden Kombinatının ərazisinə daxil olublar.

KONKRET.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, kombinatın təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl hakimiyyətin müəssisədən mis və molibden ixrac edilməsinə icazə vermədiyinə dair məlumat yayılmışdı.

Xatırladaq ki, Zəngəzur Mis-Molibden Kombinatı Ermənistandan mənbəyini götürməklə Azərbaycan ərazisində Araz çayına tökülən Oxçuçayı radioaktiv tullantılarla çirkləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*