Öz POSTUNA mina qoyandan DOSTUNA xəyanət PLANI – VİDEObackend

Öz POSTUNA mina qoyandan DOSTUNA xəyanət PLANI - VİDEO

Azərbaycanın zəfərilə yekunlaşan 44 günlük müharibə və savaşdan sonra qaçan ermənilərim tələ qurmaqlarına aid nümunə çox olub. Bura ağac yandırmaqdan başqa, budaqlara partlayıcı quraşdırmaq da daxil idi. Ardınca kapitulyantların mina xəritələrini Bakıya təqdimetmə prosesi yubandı. Təqdim edəndən sonra isə həmin xəritələrin yanlışlığı gündəm oldu.

KONKRET.az-ın təqdim etdiyi bu videoda ermənilərin tərk etdiyi postlara mina quraşdırdığına dair sübutlar yer alıb. Öz postuna mina basdıranların isə dostlarının ayağının altını qazması da gözlənilir.

Belə ki, Paşinyan hökuməti dövlət kimi Ermənistanı Azərbaycan torpaqlarında quran Rusiyaya qarşı xəyanət xətti götürüb və Kremli başından eləməklə məşğuldur. Bunun əvəzində isə Makronla doğmalıq sərgiləyir. Lakin hər şey göründüyü kimi deyil:

– Azərbaycan mətbuatında da İrəvanın Paris yaxınlığına görə Vaşinqton tərəfindən cəzalandırılacağı deyilir;

Əslində indiki İrəvan hökuməti Sorosun layihəsidir və Amerika planına aiddir. Paşinyanın Putinlə mehribançılıq edən Makrona yaxınlığı planlaşdırılan Paris və Moskva böhranlarının tərkib hissəsidir.

– Ağ Evin erməni xainliyinə görə Azərbaycana yaxınlaşması söylənilir;

Əslində Amerikanın Azərbaycan yaxınlığı İrandan gələ biləcək təhdidlərə görədir.

Beləliklə, Fransa Ermənistanı dost saysa da, onların xəyanət edə biləcəyindən əmindir. Daha doğrusu, Makron Nikolun ABŞ-a işlədiyini bilir. Buna görə də, dalana dirənmiş Rusiyanın Ermənistandakı Qarabağ klanına müəyyən azadlıqlar verə, bu istiqamətdə qrant ayıra bilər. Böyük güclərin Cənubi Qafqaz uğrunda mübarizəsi həm də Ermənistan üzərində ağalıq istəyidir:

– Fransa dəstəklədiyi İranla qonşu ölkələrin də öz təsiri altında olmasını istəyir. Bakıya qarşı təzyiqi də bununla bağlıdır;

– Rusiya regiondakı 2-3 əsrlik hegemonluğunu Avropa və Amerika ilə bölüşmək istəmir;

– Vaşinqton-London birliyi istəyinə çatmaq üzrədir. Kremlə qarşı sanksiyalar Rusiyanı çökdürəcək, Qərbi Avropa ilə Rusiya bağının kəsilməsi isə köhnə qitənin Amerikadan asılılığını artıracaq və fransız xoruzu dimdik ata bilməyəcək;

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*