Özbəkistan və Rusiya dəmir yolu əlaqəsini bərpa edəcək.
KONKRET.az xəbər verir ki, Özbəkistan Nəqliyyat Nazirliyinin rəhbəri İlhom Mahkamov Daşkənddə keçirilən beynəlxalq investisiya forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu, apreldə baş verə bilər.
“Biz indi gözləyirik ki, Rusiya Federasiyasından olan həmkarlarımız bizə müsbət cavab versinlər. Hesab edirik ki, aprelin 1-dən bununla bağlı irəliləyiş əldə edəcəyik”, – deyə Mahkamov vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
