Özbəkistanda qızların davranışına yeni qurum NƏZARƏT EDƏCƏKbackend

Özbəkistanda qızların davranışına yeni qurum NƏZARƏT EDƏCƏK

Özbəkistanda “Tumarislərin davamçıları” kollektiv qrupları yaradılıb.

KONKRET.azPodrobno.uz”a isinadən xəbər verir ki, bu qruplar orta, orta ixtisas və peşə təhsili müəssisələrində oxuyan qızların davranışlarına mənfi təsir göstərən, habelə onların hüquq və mənafelərinin pozulması ilə bağlı məsələləri müəyyən edəcəklər.

Bildirilib ki, daxili işlər orqanlarının müvafiq bölmələrində bütün rayon və şəhərlərdə 2 nəfərdən, kriminogen vəziyyəti ağır olan şəhərlərdə isə 3 nəfərdən ibarət qruplar yaradılacaq.

Qrupların üzvləri tədris və iş prosesinə mənfi təsir göstərməmək şərti ilə 1 il ərzində ümumilikdə 360 saat fəaliyyət göstərəcəklər.

Qeyd olunub ki, qadınlar arasında hüquq pozuntularının qarşısının alınmasına, onların hüquq və azadlıqlarının müdafiəsinə layiqli töhfə verəcək bu qrupların fəallarına Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi rəisinin təqdimatına əsasən bu hüquq veriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*