Türkiyənin Zonquldak şəhərində 67 yaşlı Murat Kuranı 9 dəfə güllələyərək öldürən Ərdoğan Kösepınar törətdiyi cinayəti etiraf edib.
KONKRET.az xəbər verir ki, 2020-ci ildə baş verən cinayətin üstü bir il sonra açılıb.
Məhkəməyə gətirilən 55 yaşlı Ərdoğan Kösepınar “İmam Mehdi” olduğunu iddia edib və mərhumu niyə öldürdüyünü açıqlayıb.
O, bildirib ki Murat Kuran keçən ilin oktyabrında Almaniyadan kəndinə gəlib. Gəldiyi ilk günlərdən Ərdoğanla arasında nifaq yaranıb. Murat həmkəndlisinə özünü “İmam Mehdi” adlandırdığına görə, irad bildirib. Bundan sonra Ərdoğan, Muratı “şeytan” adlandırıb və evinə gedərək, ona 9 dəfə atəş açıb. Murat Kuran hadisə yerində keçinib. Ərdoğan Kösepınar polis tərəfindən saxlanılıb.
O, ötən il dəfələrlə sorğulansa da, cinayəti törətdiyini bir ildən sonra etiraf edib.