Pakistan Milli Bankının Bakı filialının əmlakları satışa çıxarıldıbackend

Pakistan Milli Bankının Bakı filialının əmlakları satışa çıxarıldı

Ləğv prosesində olan Pakistan Milli Bankının Bakı filialı verdiyi kreditlərin təminatı kimi girov qoyulmuş daşınmaz əmlakları satışa çıxarıb.

KONKRET.az xəbər verir ki, Filialın Bakı şəhərində yerləşən 5 mənzil, 2 fərdi yaşayış evi və 1 qeyri-yaşayış evindən, eləcə də Sumqayıt şəhərində yerləşən 1 mənzili açıq tender yolu ilə təklif edilir.

Qeyd edək ki, 2022-ci il oktyabrın 11-də Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına lisenziyanı ləğv edib. Filial Azərbaycanda 1996-ci ildən fəaliyyət göstərib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*