Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlamabackend

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama  

Pakistan Azərbaycanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və iki ölkə arasındakı əlaqələr möhkəmlənməkdə davam edir.

KONKRET.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkə Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovun Ayvan-e-Sədr iqamətgahındakı vida görüşü zamanı bildirib.

“Zərdari qeyd edib ki, Pakistan Azərbaycanı etibarlı qardaş ölkə və strateji tərəfdaş kimi yüksək qiymətləndirir. Onun sözlərinə görə, qarşılıqlı etimada və bir-birinin əsas maraqlarına göstərilən dəyişməz dəstəyə əsaslanan ikitərəfli əlaqələr möhkəmlənməkdə davam edir”, – məlumatda vurğulanıb.

Pakistan prezidenti ölkələr arasında parlament, işgüzar, mədəni və humanitar mübadilələrin fəallaşmasını məmnunluqla qeyd edib. O, iki dövlət rəhbərliyinin ümumi baxışının ticarət və investisiya, nəqliyyat əlaqələri, informasiya texnologiyaları, iqlim dəyişikliyi ilə mübarizə və turizm sahələrində konkret nəticələrə çevrilməsi işinə, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiqləyib.

Zərdari həmçinin Fərhadovun Pakistanla Azərbaycan arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana həyata keçirilən və ikitərəfli münasibətlərdə yeni bir səhifə açan tarixi dövlət səfərinin təşkilində Fərhadovun rolunu vurğulayıb.

Zərdari Fərhadovu İslamabaddakı diplomatik missiyasının uğurla başa çatması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*