Pakistan qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başladıbackend

Pakistan qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başladı

Pakistan “qeyri-qanuni immiqrantların” kütləvi deportasiyasına başlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti daxili işlər naziri Sarfraz Buqti məlumat verib.

BMT-nin qaçqınlar agentliyinin məlumatına görə, Pakistan 2022-ci ilin sonunda Əfqanıstandan 1,3 milyon qeydiyyatdan keçmiş 427 min insanı qəbul edib.

Məlumata görə, bu il yüzlərlə əfqan artıq Pakistandan deportasiya edilib.

Buqti qeyd edib ki, bu il Pakistanda baş verən 24 böyük terror aktından 14-nü Əfqanıstan vətəndaşları həyata keçirib.

“Bizə Əfqanıstandan hücum edilir və bu hücumlarda Əfqanıstan vətəndaşları var. Bizdə bununla bağlı sübutlar var”, – nazir deyib.

“Qanunsuz əcnəbilərin biznesləri və əmlakı müsadirə ediləcək, qeyri-qanuni bizneslərin operatorları və onların tərəfdaşları mühakimə olunacaq”, – Buqti əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*