Pakistanda 5,7 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşdibackend

Pakistanda 5,7 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşdi

Pakistanda daşqınlar səbəbindən 5,7 milyon insan ərzaq çatışmazlığı ilə üzləşib.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinə istinadən məlumat yayıb.

Digər tərəfdən, Pakistan hakimiyyəti ərzaq təminatı ilə bağlı hər şeyin qaydasında olduğunu və ölkə daha çox kənd təsərrüfatı malları ixrac etməyə başladığını qeyd edib.

Bildirilib ki, bəzi ölkələr daşqından əziyyət çəkənlərə yardım üçün 130-dan çox təyyarə göndərib.

Qeyd edək ki, Pakistanda daşqınlar 1600-dən çox insanın həyatına son qoyub. Ümumilikdə təbii fəlakətdən 33 milyon insan zərər çəkib və 2 milyona yaxın ev dağılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*