Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1 030 nəfəri ötdübackend

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1 030 nəfəri ötdü

Pakistanda bu yay yağan musson yağışları nəticəsində yaranan daşqınlar nəticəsində mindən çox insan, o cümlədən 300-dən çoxu uşaq həlak olub.

KONKRET.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Belə ki, son məlumatlara görə, iyun ayından bəri daşqınlar nəticəsində azı 1 033 nəfər ölüb. Hazırda Xeyber-Paxtunxvada daşqınlar səbəbindən 330 mindən çox insan təxliyə edilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 3 000 km-ə yaxın yol və 129 körpü zədələnib, ciddi ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, iyunun ortalarından İslam Respublikasında 2,3 milyon insan daşqınlardan zərər çəkib və 95 mindən çox ev dağılıb.

Pakistan hakimiyyəti beynəlxalq humanitar yardım istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*