Pakistanda elektrik enerjisi KƏSİLDİ – SƏBƏBbackend

Pakistanda elektrik enerjisi KƏSİLDİ - SƏBƏB

Pakistanda elektrik enerjisi kəsilib.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın Energetika Nazirliyi tvitter hesabında yazıb. Nazirlik bildirib ki, bazar ertəsi Pakistanda milli şəbəkədə elektrik enerjisi artımından sonra elektrik enerjisi kəsilib.

“İlkin məlumatlara görə, bu səhər Milli Şəbəkənin sistem tezliyi 7.34-ə düşüb, nəticədə elektrik enerjisi geniş şəkildə kəsilib”, – deyə nazirlik yazıb.

Qeyd olunur ki, İslamabad Elektrik Təchizatı Şirkətinin və Pişəvər Elektrik Təchizatı Şirkətinin bir neçə şəbəkə stansiyalarında elektrik enerjisinin verilişi bərpa olunub və hakimiyyət orqanları elektrik şəbəkəsi stansiyalarının bərpası üçün işlər aparır.

Energetika Naziri Xurrum Dastagir Geo TV-yə bildirib ki, yanacaq xərclərinə qənaət etmək üçün qışda enerji blokları gecələr müvəqqəti olaraq dayandırılır.

“Bu gün səhər saat 7.30-da sistemlər bir-birinin ardınca işə salındıqda, ölkənin cənub hissəsində Jamshoro və Dadu arasında tezlikdə dəyişiklik qeydə alınıb. Gərginlik dəyişdi və sistemlər bir-bir söndürüldü. Bu, o qədər də ciddi böhran deyil”, – deyə Dastagir bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*