Pakistanda helikopter qəzasında general HƏLAK OLDUbackend

Pakistanda helikopter qəzasında general HƏLAK OLDU

Pakistanda general faciəli şəkildə həlak olub.

KONKRET.az xəbər verir ki, Pakistanda helikopter qəzası nəticəsində bir general və göyərtəsində olan daha 5 nəfər həlak olub.

Ötən gecə vertolyotun cənub-qərbdə daşqından zərər çəkmiş bölgədə yardım missiyası yerinə yetirərkən Bəlucistan əyalətindəki nəzarət qülləsi ilə əlaqə kəsilib.

İlkin araşdırmaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.

Helikopter iyun ayından bəri yağışların və daşqınların 150-yə yaxın insanın ölümünə səbəb olan Bəlucistanda daşqından xilasetmə işlərində iştirak edirdi.

Pakistan Prezidenti Arif Əli, baş nazir Şahbaz Şərif və digər yüksək səviyyəli siyasətçilər həlak olanların ailələrinə başsağlığı veriblər.

İyun ayından bəri ölkə daxilində yağan yağışlar və daşqınlar 500-ə yaxın insanın həyatına son qoyub. Yağışlı mövsümün iyuldan sentyabr ayına qədər davam etdiyi Pakistanda bu həftə daha çox yağış gözlənilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*