Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdıbackend

Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdı

Pakistanda iyunun 14-dən davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1697-yə çatıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətləri İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb.

Bildirilib ki, həyatını itirənlərin 631-i uşaq, 340-ı qadındır. 12 867 nəfər isə yaralanıb.

Yağışlar nəticəsində iki milyondan çox evə ziyan dəyib, 1 163 000-dən çox təsərrüfat heyvanı tələf olub.

Qeyd edək ki, daşqın nəticəsində 13 097 kilometr yol və 440 körpü dağılıb, ölkədə 33,4 milyon insan təbii fəlakətdən zərər çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*