Paludan Ərdoğana ULTİMATUM GÖNDƏRDİ və yenə Quranı yandırdı – VİDEObackend

Paludan Ərdoğana ULTİMATUM GÖNDƏRDİ və yenə Quranı yandırdı - VİDEO

Radikal Paludan polis mühafizəsi altında Kopenhagen məscidinin qarşısında yenidən Quranı yandırıb.

KONKRET.az “Aftonbladet” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı “Hard Deal” partiyasının lideri Rasmus Paludan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı İsveç NATO-ya üzv olana qədər hərəkətlərini davam etdirməklə hədələyib.

Xüsusilə, o, nəşrə bildirib ki, “İsveç NATO-ya qəbul olunana qədər hər cümə günü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandıracaq”.

Qəzet onu da yazır ki, Paludan Kopenhagendəki Rusiya və Türkiyə diplomatik nümayəndəlikləri yaxınlığındakı məsciddə üç Quranı yandırmaqla hədələyib. O, həmçinin bu hərəkətlərin sonuncu olmayacağına söz verib və buna görə Ərdoğanı günahlandırıb.

“İndi o, İsveçi NATO-ya buraxmaq istəmir. Mən ona bunu edənə qədər söz azadlığını öyrətməliyəm”, – deyə nəşr onun sözlərindən sitat gətirib.

Bundan əvvəl Paludan artıq Stokholmdakı Rusiya səfirliyi qarşısında Quranı yandırmaq üçün aksiya keçirə biləcəyi ilə hədələmişdi. O, çeçen əsilli isveçli qarışıq döyüş növləri üzrə idmançı Xamzat Çimayev Paludanı “terrorçu” adlandırandan sonra belə reaksiya verib.

Xatırladaq ki, yanvarın 21-də Paludan Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranı xalqın gözü qarşısında yandırıb. Yerli media aksiyanın yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğunu yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*