Paris Olimpiadasında qalib idmançılara veriləcək medalın qiyməti qalxdıbackend

Paris Olimpiadasında qalib idmançılara veriləcək medalın qiyməti qalxdı

Paris Olimpiadasında yarışların nəticələrinə əsasən, birinci və ikinci yerləri tutan idmançılara veriləcək medalların dəyəri Tokiodakı Oyunlarla müqayisədə artıb.

KONKRET.az “Saxo Group” İnvestisiya Bankına istinadla xəbər verir ki, qızıl medal min dollar həddə yaxınlaşır.

Belə ki, qızıl medalın dəyəri 763 dollardan 935 dollara qədər, gümüş mükafatların dəyəri də 415 dollardan 473 dollara qədər artıb.

“Saxo Group”da izah ediblər ki, qızıl və gümüş mükafatların dəyərindəki artım “yaşıl enerjiyə qlobal keçidlə əlaqədar müşahidə olunan” metallara artan tələbata bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*