Parisdə ara qarışdı – Polislə qarşıdurma/Canlı yayımbackend

Parisdə ara qarışdı - Polislə qarşıdurma - CANLI YAYIM

Fransada “Qlobal təhlükəsizlik” qanununun polisin şəklinin yayılmasını qadağan edən 24-cü maddəsinə görə yenidən aksiyalar başlayıb.

KONKRET.az  xəbər verir ki, Parisdə minlərlə insan etiraz aksiyası keçirmək üçün küçələrə axışıb, Respublika meydanına toplaşıb.

Polislə qarşıdurma yaşanıb, güc strukturları etirazçılara bibər qazı ilə müdaxilə edib.

Aksiya iştirakçıları “Mətbuata azadlıq”, “Polis şiddətinə son” şüarlarını səsləndiriblər.
“Qlobal təhlükəsizlik” qanununun 24-cü maddəsi nümayişlər zamanı polisin şəklinin yayılmasını qadağan edir. Nümayişlər zamanı polis zorakı hərəkət etdiyi zaman belə onun şəkli yayılmamalıdır.

Mətbuat orqanları da bu maddəyə etiraz edir və nümayişləri işıqlandırmaq üçün jurnalist göndərməyəcəklərini bildiriblər.

Qeyd edilir ki, ifadə azadlığını pozan bu maddə etiraz nümayişləri zamanı polisin əl-qolunu açaraq zorakı hərəkətlərin cəzasız qalmasına aparır. Hətta bu maddənin ölkədə onsuzda son illər boğulan azadlıqların daha da məhdudlaşdırılmasına yol açacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*