backend

Partiya sədri: “Əli Həsənov və Ramiz Mehdiyev elə bil yasa batıb"

Azərbaycanda 5-ci kolonun üzvləri təmizləndikdən sonra Dağlıq Qarabağ və digər torpaqlarımız işğaldan azad edilir.

Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev KONKRET.az-a açıqlamasında bildirib.

Partiya rəhbəri daha sonra bunları vurğulayıb: “Təəssüf ki, hələ də 5-ci kolonun üzvləri ölkəmizdə qalmaqdadır. Bəzən onlar yenə də işlərimizə mane olmağa çalışırlar. Amma bizim güclü iradəmiz var. Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti sayəsində bütün istəklərimizə nail olmuşuq. Təəssüf ki, bizim mediamız lazımi formada inkişaf etmədi. Çünki mediaya ayrılan pullar mənimsənildi.

Gərək bizim xarici ölkələrdə geniş medai qruplarımız olardı. Düşmən dövlətin görün nə qədər təbliğat-təşviqat potensialı var idi. Doğrudur, Ali Baş Komandan onların informasiya cəbhəsini darmadağın etdi.

Eləcə də qardaş Türkiyənin mətbuatı da bu prosesdə Azərbaycanın yanındadır. Biz buna görə Türkiyəyə minnətdarıq. Düşünürəm ki, gələcəkdə bu məsələlərə ciddi yanaşmalıyıq. Müharibədən sonra buraxılan səhvləri əl-ələ verib, düzəltməliyik”.

Hafiz Hacıyev vurğulayıb ki, müharibə başladıqdan 10 gün sonra qeyd etdim ki, keçmişdə hakimiyyətdə olanlar, eləcə də Əli Həsənov və Ramiz Mehdiyev elə bil yasa batıblar: “Çünki onlar erməni ilə işləyib qohumluğu olan adamlar idi. Ramiz Mehdiyev Əli Həsənova birbaşa rəhbərliki edən adam idi. O, imkan verərdimi ki, ermənilərə güllə atılsın. Ona görə də onlar heç vaxt Azərbaycan Ordusunun uğurlarına sevinməyəcək. Hər yolla çalışırlar ki, uğurlarımızı pozsunlar. Torpaqlarımızı işğalçılardan azad etdikdən sonra erməniyə işləyən insanlar layiqli cavabını alacaqları. Bu gün hər birimiz cənab prezidentin ətrafında sıx birləşmişik. Çalışırıq ki, cənab Prezidenti Ramiz Mehdiyevin və Əli Həsənovun xislətindən qoruyaq. Bu gün onlar yas içindədirlər, onlar elə uğurlarımıza baxıb hər gün öləcəklər. Qarabağımızı erməni terrorçulardan təmizlədikdən sonra, ölkəmizdə olan və ermənilərlə qohumluğu olan 5-ci kolonun üzvlərindən də təmizləyəcəyik”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*