Partiya sədri MSK-da niyə işsiz kimi qeydiyyata alınıb? – AÇIQLAMAbackend

Partiya sədri MSK-da niyə işsiz kimi qeydiyyata alınıb? - AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deputatlığa namizədliyini irəli sürüb.

KONKRET.AZ xəbər verir ki, tanınmış siyasətçinin namizədliyi 79 yaşlı İmişli seçki dairəsindən qeydə alınıb.

Ancaq maraqlıdır ki, MSK-nın rəsmi saytında Razi Nurullayevin işsiz olduğu yazılıb.

“Azxeber.com” bu mövzuya aydınlıq gətirmək üçün partiya sədri ilə əlaqə saxlayıb.

O deyib ki, partiyası rəsmi qeydiyyata alınmadığı üçün işsiz olaraq qeyd olunub: “Mən rəhbəri olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası rəsmi olaraq qeydiyyata alınmayıb. Bu səbəbdən də işsiz olaraq qeyd olunmuşam. Əsas odur ki, insanlar məni tanıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*