Paşinyan: “Azərbaycanla bu layihələrdə maraqlıyıq”backend

Paşinyan: "Azərbaycanla bu layihələrdə maraqlıyıq"

Tez-tez mövqeyini dəyişən Nikol Paşinyan bu gün parlamentdə çıxışında bildirib ki, Ermənistan Horadiz-Meğri-Ordubad-Arazdəyən dəmir yolunun açılmasının əleyhinə deyil.

KONKRET.az xəbər verir ki, Paşinyan bu marşrutu Ermənistan üçün çox vacib layihə adlandırıb. Paşinyan qeyd edib ki, Ermənistan regionda nəqliyyat yollarının açılmasının tərəfdarıdır: “Biz regional qaz kəmərlərinin, neft kəmərlərinin, elektrik verilişi xətlərinin Ermənistan ərazisindən keçməsinə etiraz etmirik.

Biz bu layihələrdə maraqlıyıq. Bütün bunlar Ermənistanın, eləcə də digər ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməlidir”.

O, Ermənistanın suverenliyini şübhə altına alan bəyanatın qəbuledilməz olduğunu bildirib. Dolayısı ilə Zəngəzur dəhlizinə mane olacaqlarını deyən Paşinyan bildirib ki, üçtərəfli bəyanatda Ermənistan ərazisindən keçən hər hansı dəhliz nəzərdə tutulmayıb: “Onlar yol istəyir, biz isə Ermənistanın yurisdiksiyası çərçivəsində o yolları açmağa hazırıq”, – deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində üç keçid məntəqəsinin açılması layihəsi uzun müddətdir ki, Ermənistan hökumətinin gündəliyindədir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*