Nikol Paşinyan öz Facebook səhifəsində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair baxışını dərc edib. Təbii ki, onun bir çox təklifləri ilə razılaşmaq çətindir, xüsusən də tarixi kontekst və indiki reallıqları nəzərə alsaq.
Bununla belə, Ermənistan hakimiyyətinin düşüncəsini tam başa düşmək üçün oxucularımıza Paşinyanın qeyd etdiyi bütün məqamlar tanış edirik.
KONKRET.az xəbər verir ki, baş nazir təkliflərinə bu sözlərlə başlayıb:
“Ermənistan Respublikasının regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması təklifi aydın şəkildə ifadə olunub:
a) qarşılıqlı olaraq ritorikadan imtina;
b) Berkaber-Voskepar rayonunda (Söhbət Qazaxla həmsərhəd olan Tovuzqala (Tavuş) vilayətindən gedir) aparılan işlərin və iki ölkənin sərhəd demarkasiyası komissiyalarının birgə reqlamentinin davam etdirilməsi;
c) 90% hazır olan Sülh Müqaviləsinin bağlanması;
d) Hər iki ölkənin ərazisindən keçməklə kommunikasiya məsələlərinin həll edilməsi;
d) atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizmin tətbiqi;
e) saxlanılan şəxslərin (söhbət Bakıya gətirilən erməni separatçılarından gedir) məsələsinin tam həlli;
g) itkin düşmüş hesab edilən şəxslərin taleyinin müəyyən edilməsi probleminin həlli üzrə intensiv iş;
c) beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtina;
i) Sülh Müqaviləsinin müddəalarının tam və səmərəli həyata keçirilməsi istiqamətində çalışmaq;
k) silahlara qarşılıqlı nəzarət, kvotalar və onlardan istifadəyə məhdudiyyətlər üzrə danışıqlar mexanizminin formalaşdırılması;
l) hər iki ölkədən olan qaçqınlarla bağlı məsələlərin sülh bərqərar olduqdan sonra birgə peşəkar komissiya formalaşdırmaqla müzakirəsi;
m) ATƏT-in Minsk Qrupunun buraxılması”.
Gunel Mikayilova,
KONKRET.az