Paşinyan: “Beynəlxalq strukturlar gözümüzün qabağında çatlayır, ilk çat Qarabağda yaranıb”backend

Paşinyan: "Beynəlxalq strukturlar gözümüzün qabağında çatlayır, ilk çat Qarabağda yaranıb"

“Beynəlxalq strukturlar gözümüzün qabağında çatlayır və ilk çatlardan biri çox təəssüf ki, Qarabağda yaranıb”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Nikol Paşinyan Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 32-ci ildönümü münasibətilə təbrik məktubu göndərib. O, təbrikində hökumətin Ermənistanın müstəqilliyi uğrunda hər gün mübarizə apardığını bildirib.

“Müstəqillik bizim üçün təhlükəsizlikdir. Lakin bu təhlükəsizliyi təmin etmək üçün yaradılmış beynəlxalq strukturlar gözümüzün qabağında çatlayır və ilk çatlardan biri çox təəssüf ki, Qarabağda yaranıb.

Müstəqillik qonşularla münasibətlərin normallaşması deməkdir. Bəzi qonşularımızla əla münasibətlərimiz olsa da, digərləri ilə çox da irəliləyiş əldə etmirik. Çünki onlar bizdən çox şey istəyirlər, ya da bizim onlardan çox şey istədiyimizi düşünürlər.

Müstəqillik bizim üçün güclü müttəfiqlik münasibətidir. Lakin müttəfiqlər həmişə təkcə sizin müttəfiqləriniz deyil, həm də sizə qarşı olanların müttəfiqləridir”, – Paşinyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*