“Paşinyan bilərəkdən İran və Rusiya ilə münasibətləri korlayır” – Tavenyanbackend

"Paşinyan bilərəkdən İran və Rusiya ilə münasibətləri korlayır" - Tavenyan

“Nikol Paşinyan bilərəkdən Ermənistan və Rusiya arasında düşmənçilik toxumu səpməkdə davam edir”.

KONKRET.az xəəbr verir ki, bu barədə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

“Paşinyan bilərəkdən İran və Rusiya ilə münasibətlərimizi korlayır. Bunun müqabilində Türkiyədən müdafiə gözləyir. Rusiya ilə münasibətləri korlamaq üçün nəzərdə tutulan addımlardan biri də Nikol hökuməti tərəfindən Roma Statutunun ratifikasiyası prosesidir. Qərblə Rusiya arasında kəskin münaqişə kontekstində Putinə qarşı atılan addım çox mənfi nəticələrə gətirib çıxara və təhlükəsizlik sistemimizi tamamilə məhv edə bilər”, – deyə Andranik Tevanyan qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*