Paşinyan: “Biz Praqa razılaşmaları ilə sülh müqaviləsinə hazırıq”backend

Paşinyan: "Biz Praqa razılaşmaları ilə sülh müqaviləsinə hazırıq"

“Biz Praqa razılaşmaları ilə sülh müqaviləsinə hazırıq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bakının  bəyanatlarına cavabımız budur ki, bu, regionda müəyyən sabitlik faktoru olmalıdır.

Praqa razılaşmaları əsasında biz sülh müqaviləsi imzalamağa hazırıq.

Bölgədə sabit vəziyyəti qoruyub saxlamağın ən yaxşı yolu danışıqlarla həlldir. Çünki biz hazırlığımızı və məsuliyyətimizi öz üzərimizə götürmüşük, eyni ruhda davam etməyə hazırıq”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Laçın dəhlizinin “blokada”sı sülh prosesinə yeni maneələr yaradır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*