Paşinyan bu müsahibəsi ilə Bakını sevindirdibackend

Paşinyan bu müsahibəsi ilə Bakını sevindirdi

Ermənistan baş naziri Nikol Paşinyanın dünya liderlərinə Azərbaycanı dayandırmaq üçün zəngləri artıq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də gülüş hədəfinə çevrilib. İş o yerə çatır ki, Rusiyanın ən məşhur kanallarından olan “Rossiya-1” belə canlı efirdə Putinə Paşinyanın zəng etməsi və Rusiya liderinin ona verdiyi cavabdan süjet hazırlayıb, Nikolu rüsvay edir.

Prezident İlham Əliyev də xalqa müraciətində bu məsələyə toxunmuşdu. Demişdi ki, mən heç kəsə zəng etmirəm, mənimlə əlaqə saxlayırlar, Ermənistan baş naziri isə hamıya zəng edib, döyüşün dayandırılması üçün yalvarır.

İlham Əliyev döyüşün dayandırılması üçün şərtini də açıqlamışdı. O demişdi ki, Paşinyan 2019-cu ildə “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməklə, Azərbaycan xalqını təhqirə cəhd edib; döyüşlərin dayanması və sülh danışıqlarının başlaması üçün şərtlərdən biri Paşinyanın o sözə görə Azərbaycan xalqından üzr istəməsi, eyni zamanda “Dağlıq Qarabağ Ermənistan deyil” deyə, rəsmən bəyan etməsi ola bilər.

Ngətirməklə müharibəni daha da alovlandırdı.

Əslində, Azərbaycan xalqı israrla döyüşün sona qədər davam etməsini istəyir; Ali Baş Komandanın möhtəşəm hərbi-siyasi İRADƏSİ də ortadadır. Bu baxımdan Nikol əslində Azərbaycan xalqının ürəyindən xəbər verir…

Demək, savaş daha ağır formada, hər cəbhədə və hər dəqiqə davam etməlidir və rdəcək!

Amma… Bunun bütün məsuliyyəti Dağlıq Qarabağı işğal edən, orda işğalçı ordusunu saxlayan və Azərbaycanı, Azərbaycan xalqını təhqirə cəhddə davam edən Ermənistan hakimiyyəti və birbaşa Nikol Paşinyanın üzərinə düşür.

Axar.az

  • Telman
    Oktyabr 7, 2020 - 11:23

    Men Nikolun hakimiyyete gelmesini 30 il bundan önce isteyirdim Çünki ermeniye andranik ve nikuşa kimi rehber hemişe lazimdir.
    Çünki onlar yemek qabini stolun üstüne ve ya stulun altina qoymaqlarini derk etmirler.Içlerinden bir gözel katibe çixan kimi onu işlemeye yox terrora mexvi agent kimi istifade etmeye sövq edib ermeniliklerini unutmaq istemirler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*