Paşinyan çıxılmaz vəziyyətə düşüb: Xarici işlər naziri TAPA BİLMİRbackend

Paşinyan çıxılmaz vəziyyətə düşüb: Xarici işlər naziri TAPA BİLMİR

Ermənistanın xarici işlər naziri postuna namizəd axtarışları davam edir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüb. O, bu vəzifəyə heç bir namizəd tapa bilmir.

KONKRET.az “Qraparak” qəzetinə istinadən xəbər verir ki, müxtəlif adlar irəli sürülür: ölkənin keçmiş parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Ruben Rubinyan, spiker Ararat Mirzoyan, hökumətdə baş nazir köməkçisi vəzifəsini icra edən Qriqoryan və hətta keçmiş müdafiə naziri David Tonoyan.

Qeyd olunur ki, D. Tonoyanın bu vəzifəyə gətirilməsi Rusiya və ABŞ tərəfindən alqışlanacaq, lakin XİN-ə bu ölkəyə müharibədə məğlubiyyət qazandıran Tonoyanı gətirmək erməni cəmiyyətinə xarici siyasətdə də gözlənilən məğlubiyyətin siqnalını verə bilər. Ararat Mirzoyan isə deyilənə görə, həmin vəzifədən imtina edib. Mqer Qriqoryan həmçinin özünü baş nazirin “apolitik” köməkçisi kimi görməkdən razıdır və xarici işlər naziri vəzifəsini tutaraq siyasi məsuliyyəti bölüşmək istəmir. Qriqoryan qəzetin bu haqda sualına cavab olaraq deyib: “Xahiş edirəm hökumət formalaşdırılana qədər mənə bu barədə sual verməyin…”/virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*