Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3, 11 və 22-də Rusiyaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə erməni baş nazir özü bildirib.
“Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”, – Paşinyan qeyd edib.
Qeyd edək ki, dekabrın 11-də Moskvada Avrasiya İqtisadi İttifaqının hökumət başçıları səviyyəsində Hökumətlərarası Şuranın iclası keçiriləcək. Dekabrın 21-də isə Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq.
