İrəvan Paşinyanın Ermənistan-Azərbaycan sülh sazişini imzalamaq üçün Moskvaya uçduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistanın Konstruktiv Partiyasının rəhbəri Andrias Qukasyan hesab edir ki, İrəvan və Bakı ATƏT-in Minsk Qrupu prosesindən çıxacaq.
“Rusiya, Azərbaycan və Türkiyə yeni trek təklif edəcək. Nəticədə Ermənistanla sülh müqaviləsi imzalanacaq və bu, münaqişəyə son qoyacaq”, – deyə o, “Hraparak” qəzetinə müsahibəsində bildirib.
Qukasyan qeyd edib ki, Ermənistan üçün bu, Qərbə qarşı addımdır, çünki Fransa və ABŞ 2020-ci il noyabrın 9-dan sonra sülh müqaviləsinin əleyhinə olub.
Qeyd edək ki, əvvəllər bildirilirdi ki, Paşinyan Moskvaya yazda səfər edəcək.
Xuraman Etibarlı,
KONKRET.az

qafqazda “mələk” obrazlı rus gavurlarının g…nə girmək yarışı başlayıb….millətimiz şəhidlərini, düşmənləri və səbəkarları unutmadı…hesabı millət kəsəcək