backend

Paşinyan etiraf etdi: "Bu gün Ermənistanda normal fəaliyyət göstərən dövlət idarəetmə sistemi yoxdur"

Bu gün Ermənistan Baş Naziri Nikol Paşinyan hökumətin növbəti iclasında maraqlı açıqlama ilə gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, erməni Baş Nazir iclasdakı çıxışı zamanı bunları deyib:

“Bütün builki nəticələr, hökumətin bu il qeydə aldığı bütün iqtisadi göstəricilər dövlət idarəetmə sisteminin və nazirliklərin iştirakı olmadan əldə edilib. Təəssüf ki, bu gün bizdə normal fəaliyyət göstərən idarəetmə sistemi yoxdur”.

Onun sözlərinə görə, böyük nazirliklər var ki, əməkdaşlarının yeganə istəyi tez evə getməkdir. Paşinyan bir daha vurğulayıb ki, hətta korrupsiyaya qarşı mübarizə də dövlət idarəetmə sisteminə zidd aparılır, çünki hüquq mühafizə orqanları da bu istiqamətdə öz vəzifələrini yerinə yetirməmək üçün bəhanələr tapırlar.

“Etiraf etməliyəm ki, bütün dövlət sistemi inqilaba qarşı müqavimət göstərir. Ancaq mən bu müqaviməti qıracam. Başqa variant yoxdur, çünki Ermənistan xalqı mənim və mənim siyasi komandamın bu ölkədə dəyişikliklər etməsinə səs verib. Hər dəfə bu yalanla yaşamaq kifayətdir. Siz bilirsiniz mənim kabinetimdə nə danışıqlar gedib? Mənə dedilər ki, “şapka”, “otkat” sistemini qoruyub saxlamaq lazımdır, çünki əks təqdirdə iqtisadi xaos baş verəcək. Məni inandırırdılar ki, kapital xərcləri başqa sferalara yönəldim, təki kiminsə dövriyyəsində pul olsun. Mən bunun əleyhinə getdim, buna görə də bildirməliyəm ki, əldə etdiyimiz bütün uğurlar sistemin deyil, bizim təşəbbüsün uğurudur”, – deyə Paşinyan çıxışına davam edib.

Eyni zamanda, Baş Nazir etiraf edib ki, hazırkı kadrları əvəzləyəcək heç kim yoxdur, çünki respublikanın təhsil sistemi sadəcə onları yetişdirmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*