Paşinyan faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıbbackend

Paşinyan faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə parlamentin dünənki iclasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan danışıb. O, MDB-nin yaradılması haqqında 1991-ci il sazişində nəzərdə tutulan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasına dair razılaşmaların həyata keçirilməsinin zəruriliyini bəyan edib.

“Sovet dövründə Ermənistanla Azərbaycan arasında sərhəd var idi, delimitasiya olunmuşdu. 1991-ci ildə Ermənistan və Azərbaycan parlamentləri tərəfindən ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişə əsasən bu sərhədlər tanınıb. Hesab edirik ki, bu razılaşmalar bu məntiqlə həyata keçirilməlidir”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*