Paşinyan: “Hakimiyyəti əlimdə saxlamıram, amma Ermənistan daxilində müharibəyə icazə verməyəcəyəm”backend

Paşinyan: "Hakimiyyəti əlimdə saxlamıram, amma Ermənistan daxilində müharibəyə icazə verməyəcəyəm"

“Hər zaman olduğu kimi hakimiyyətə qayıdışlarını qanla təmin etməyə çalışırlar. Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik. Həm də hakimiyyəti əlimizdə saxladığımız üçün deyil, erməni xalqının bunu istəməməsi səbəbi ilə”.

KONKRET.az xəbər verir ki, bu fikriləri Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 27-də televiziya ilə xalqa müraciətində deyib. Onun sözlərinə görə, müxalifət qüvvələri qəsdən hakimiyyətə qarşı dezinformasiya yayırlar. “Beləliklə, onlar Qarabağdakı son müharibədəki erməni tərəfinin uğursuzluğu nəticəsində yaranan vəziyyətdən faydalanmağa çalışırlar, – deyə Nikol bildirib.

“Bəzi qüvvələr Ermənistanın gücsüz olması görünüşünü yaratmağa çalışırlar. İqtidara qayıtmalarını təmin etmək üçün ölkədə fəlakət yaratmaq istəyirlər. Ancaq bacarmayacaqlar. Xalqı qanuni hakimiyyətə qarşı çevirə bilməyəcəklər”, – deyə hökumət başçısı özünə inandığını bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*