backend

Paşinyan haqqında 5 fakt - FOTOLAR

KONKRET.az Ermənistanın Baş nazirinin tərcümeyi-halından 5 faktı oxuculara təqdim edir.

 

1. Nikol Vovayeviç Paşinyan – siyasətçi, jurnalist. 8 may 2018-ci ildən Ermənistanın Baş naziri vəzifəsini icra edir. 1 iyun 1975-ci ildə Ermənistanın İcevan şəhərində anadan olub. Bəzi məlumatlara görə atası müəllim işləyib, digərlərinə görə partiya-sovet nomenklaturasının nümayəndəsi olub. Ana evdar qadın idi. Nikolanın iki böyük qardaşı var – Armen və Artak.

2. Nikol Vovayeviçin ali təhsili yoxdur. 1991-ci ildə İcevan 1 nömrəli məktəbini bitirib, Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub, dördüncü kursda siyasi fəaliyyətinə görə universitetdən qovulub. “Dprutyun”, “Lragir” və “Molorak” kimi media orqanlarında müxbir olaraq çalışıb.

3. Jurnalistik fəaliyyətinə görə Paşinyan bir neçə dəfə cinayət işlərində müttəhim olub və həbsxanada yatıb. Sonuncu dəfə 2011-ci ildə həbsdən azad edilmişdi.

4. Paşinyan siyasi karyerası Sarkisyanla mübarizədə keçib.

5. Nikol Paşinyan “Haykakan Jamanak” qəzetinin baş redaktoru olan Anna Akopyanla evlidir. Onların bir oğlu Aşot və üç qızı var: Mariam, Şuşanna, Arpine. Aşot Paşinyan qanunsuz olaraq 2018-ci ilin iyulunda Dağlıq Qarabağa hərbi xidmətə gedib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*