Paşinyan Lukaşenkonu əlində avtomat olan tiran adlandırıb
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan parlament tribunasından Lukaşenkoya cavab verib. Ermənistan dövlətinin dəyərsizliyi ilə bağlı Lukaşenkonun açıqlamasına belə deyib:
“Ermənistanı demokratiya sammitinə dəvət edəndə başqa dövlətlər dəvət olunmur, inciyirlər, Ermənistana demokratik ölkə deyəndə, amma onlara deməyəndə inciyirlər. Ermənistanda hakimiyyət legitimdi, öz ölkələrində isə legitim demirlər, inciyirlər. Ermənistanda hadisələr baş verdi, siz heç görmüsünüzmü mənim küçələrdə avtomatla gəzdiyimi? Qarabağa gedən jurnalistləri Azərbaycana təhvil verdilər, bu, Ermənistanın üzünə şillə oldu, yoxsa yox? Azərbaycana milyardlarla silah satışı başlayanda siz harada idiniz, niyə səsinizi çıxarmadınız?”
Paşinyan dəfələrlə Lukaşenko ilə üz-üzə gəlib, bu qədər iradı var idisə, niyə demirdi üzünə, maraqlıdır?
Xuraman Etibarlı,
KONKRET.az

Soxsunlar sənin yazına, Xuraman.