“Ermənistan 3 tərəfli müqavilənı cırıb bir tərəfə ata bilər, amma bəs sonra? Axı bununla heç nə dəyişməyəcək”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İctimai Televiziyaya müsahibəsində deyib.
Bildirib ki, sənəddən imtina olunsa da , sonrası barədə düşünmək lazımdır: “Əgər bunu etsək, 10 noyabrdan əvvəlki vəziyyətə qayıdacağıq. Nəticələrin nə olduğunu düşünmək lazımdır”.
Paşinyan sənədi və onu tənqid edən müxalifətin Qarabağ probleminin həlli üçün hç bir təklif vermədiyini bildirib. Cebhe.info
