“Paşinyan müxalifətin sayəsində daha da həyasızlaşır” – Kiviryanbackend

“Paşinyan müxalifətin sayəsində daha da həyasızlaşır” – Kiviryan

“Siyasət texnologiyadır. Əgər cəmiyyətə təsir mexanizmlərinə sahib deyilsənsə, onda uğur qazana bilməzsən”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri erməni analitik  Arqişti Kiviryan səsləndirib.

Erməni analitikin sözlərinə görə, belə olan halda insanlara sərhədin Horadizdə deyil, Gorusda və hətta İrəvanın kənarında olduğunu bildirsən də, ictimaiyyət səni sərhədi geri çəkən şəxs kimi görmür:

“Ona görə də cəmiyyəti hər gün sərhədin Gorusdan keçdiyini deyən müxalifətin ətrafında birləşmədiyi üçün günahlandırmaq olmaz”, – Kiviryan əlavə edib.

Onun fikrincə, cəmiyyət həqiqətən də Ermənistan ətrafında gedən proseslərə əhəmiyyət vermir. Ona görə də, siyasi qüvvələr ictimaiyyətin inamsızlığının səbəblərini özlərində axtarmalıdırlar.

Təhlilçinin fikrincə, müxalifətin davam edən fiaskosu Ermənistan hakimiyyətini daha da gücləndirir. Paşinyan isə müxalifətin sayəsində daha da “həyasızlaşır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*