Paşinyan: “Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb”backend

Paşinyan: “Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb”

Ermənistanda koronavirusa yoluxduğu təsdiq olunan 400-dən çox pasiyentin vəziyyəti ağır və ya son dərəcə ağırdır.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.

“Koronavirusa yoluxmuş 358 pasiyent ağır vəziyyətdədir, 58 nəfərin vəziyyəti son dərəcə ağırdır. 15 insan süni nəfəs aparatına qoşulub”, – baş nazir onlayn-brifinqdə deyib.

Ermənistanda martın 16-da iyunun 13-dək koronavirusun yayılması ilə mübarizə üçün fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə COVID-19 8 927 insanda aşkar edilib, 127 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*