Nikol Paşinyan Qarabağdan könüllü Ermənistana gələnlərə yeni maliyyə dəstəyi proqramını açıqlayıb.
KONKRET.az Ermənistan mediasına istinadən xəbər verir ki, Qarabağdan gələn hər bir erməni dövlətdən daha 50 min dram alacaq.
Həmçinin yaxın günlərdə Qarabağ ermənilərinin mənzillə təmin olunması üçün müzakirələrə başlanılacaq.
“Ümid edirəm ki, qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar. Təbii ki, hökumət bu məsələdə onlara hərtərəfli dəstək verəcək”, – Paşinyan deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
