Paşinyan Qarabağ uğrunda müharibəyə başlamaqdan imtina etdibackend

Paşinyan Qarabağ uğrunda müharibəyə başlamaqdan imtina etdi

“Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Mən dedim ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur. Və ümid edirik ki, demarkasiya prosesində Ermənistan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq”, – Paşinyan Ermənistanın İctimai Televiziyasında nümayiş olunan britaniyalı jurnalistlərə müsahibəsində deyib.

Ermənistanın baş naziri Britaniya mətbuatına müsahibəsində deyib ki, o, məcburi köçkünlərin Qarabağa qaytarılmasını qeyri-real hesab edir.

“Əgər bu real olsaydı, Dağlıq Qarabağdan deportasiya baş verməzdi”, – o deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*