Paşinyan: “Qarabağ və Laçın dəhlizi ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyaya ehtiyac var”backend

Paşinyan: "Qarabağ və Laçın dəhlizi ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyaya ehtiyac var"

“Qarabağ və Laçın dəhlizi ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyaya ehtiyac var”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 5-də hökumətin iclasında deyib.

“Laçın dəhlizinin davam edən “blokada”sı Qarabağda və Laçın dəhlizində beynəlxalq faktaraşdırıcı missiyanı daha da zəruri edir.

Bu istiqamətdə səy göstərmək lazımdır.

Ermənistan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara, habelə bu bəyanatlarda qeyd olunan 6 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüşün razılaşmalarına sadiqdir.

Qarabağ xalqına humanitar böhranın aradan qaldırılmasında dəstək olmaq üçün işçi qrup yaradılıb. Bu qrup artıq bir neçə görüş keçirib və mövcud vəziyyətdən irəli gələn humanitar qərarlar qəbul edib.

Və Ermənistan öz fəaliyyətini nə qədər lazımdırsa, davam etdirəcək”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*