“Paşinyan Qarabağa daha çox terrorçu gətirmək üçün “din kartı”nı oynayır” – Tural Gəncəliyevbackend

"Paşinyan Qarabağa daha çox terrorçu gətirmək üçün “din kartı”nı oynayır" - Tural Gəncəliyev

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev ermənilərin Şuşada kilsənin vurulması ilə bağlı iddiasına münasibət bildirib.

O, bu barədə “Twitter” hesabında paylaşım edib.

T.Gəncəliyev qeyd edib ki,  Azərbaycan ordusunun Şuşa şəhərində “kilsəyə hücum” xəbərlərinin yayılması Azərbaycanın günahlandırıldığı növbəti təxribatdır:

“Azərbaycan kilsəni Bakıda qoruyur. Azərbaycan ordusu belə bir kilsəyə Şuşada hücum etməz”.

“Ermənistanın Baş naziri Nikol Paşinyan xaricdən daha çox terrorçu gətirmək üçün “din kartı”nı oynamağı qarşısına məqsəd qoyub”, – deyə T.Gəncəliyev vurğulayıb.

https://twitter.com/TGanjaliyev/status/1314435290199740416/video/1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*