Paşinyan Rusiyadan niyə kömək istəmədi? – Erməni generaldan sensasion AÇIQLAMAbackend

Paşinyan Rusiyadan niyə kömək istəmədi? - Erməni generaldan sensasion AÇIQLAMA

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan yenidən Ermənistanın Qarabağdakı uğursuzluqlarından danışıb.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, M.Akopyan Ermənistana məxsus PUA-ların vurulduğu və “SU-30”-un yararsız olması barədə əvvəlki açıqlamasına cavab olaraq deyib:

“44 gün yalan danışdıqları üçün bu gün yalan danışırlar. Elədirsə, ilk sual: niyə uçmadılar? Bu 62 PUA vurulubsa, bunu necə hesabladılar və hava məkanı niyə qorunmadı? Onları dəqiq kim vurdu və bu PUA-lar haradadır?”

M.Akopyan qeyd edib ki, Baş nazir Nikol Paşinyan Rusiyaya gündə bir neçə dəfə zəng edirdi, lakin oktyabrın 30-a qədər komək istəmədi:

“Daha çox təfərrüatlar lazımdırsa, Baş nazirin niyə kömək istəmədiyi barədə dediklərini deyə bilərəm, amma deməyəcəm”.modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*