Paşinyan Rusiyayönlü məmuru vəzifəsindən azad etdibackend

Paşinyan Rusiyayönlü məmuru vəzifəsindən azad etdi

Ani İspiryan Ermənistan iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, bu barədə müvafiq qərarı baş nazir Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, Paşinyan onu 2021-ci ilin sentyabrın 14-də bu vəzifəyə təyin etmişdi.

İspiryan 1992-ci ildə İrəvanda anadan olub, 1999-cu ildə ailəsi ilə birlikdə Moskvaya köçüb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib (İqtisadiyyat üzrə bakalavr və magistr, fərqlənmə diplomu). O, həmçinin Paris Biznes Məktəbində Maliyyə İqtisadiyyatı proqramı üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin elmi-tədqiqat institutunda başlayıb, kiçik elmi işçi vəzifəsindən hərbi-sənaye kompleksinin investisiya layihələri üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib. Bu sənayenin problemlərinə həsr olunmuş bir sıra elmi məqalələrin müəllifidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*