Paşinyan ticarət mərkəzində partlayış baş verən əraziyə GƏLDİ – VİDEObackend

Paşinyan ticarət mərkəzində partlayış baş verən əraziyə GƏLDİ - VİDEO

Paşinyan bazar ertəsi səhər saatlarında “Surmalu” ticarət mərkəzində partlayış baş verən yerə gəlib.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan səhər tezdən “Sürmalu” ticarət mərkəzində hadisə yerinə baş çəkib. Ermənistan Nazirlər Kabinetinin rəhbərini İrəvan meri Qraçya Sarkisyan qarşılayıb.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış, ardınca isə yanğın baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb.

Hazırda 6 nəfərin öldüyü barədə rəsmi məlumat verilir, daha 17 nəfər itkin düşənlər siyahısındadır. Xilasedicilər bütün gecə dağıntıları təmizləyib, dağıntıların altında qalan insanları çıxarıblar.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika mağazasında baş verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*