“Balanslı siyasətə nail olmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üzərində fəaliyyətləri davam etdirəcəyik”.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq. Əminəm ki, bu məqsədə çatacağıq. Bu o deməkdir ki, balanslaşdırılmış xarici siyasət Ermənistan üçün yeni imkanların yaranmasına gətirib çıxaracaq, bu da fərqli səviyyəli dövlətin yaradılması deməkdir”, – Paşinyan bildirib.
