backend

PAŞİNYANDAN ölkəmizə qarşı sərt İTTİHAM: Azərbaycanın mövqeyi təkcə Qafqaza deyil, həm də KTMT ölkələrinə qarşı təhlükədir

Baş nazir Nikol Paşinyan Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında qatılıb, iclasda təşkilatın – Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçıları da iştirak ediblər.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, KTMT üzvləri beynəlxalq və regional təhlükəsizlik, təşkilat daxilində əməkdaşlıq və beynəlxalq aləmdə üzvlərin qarşılıqlı əlaqələri məsələlərini müzakirə ediblər.

Ermənistanın Baş Naziri Nikol Paşinyan çıxışında qeyd edib ki, Ermənistan KTMT-nin səmərəliliyinin daha da yüksəldilməsi və beynəlxalq nüfuzunun möhkəmlənməsi işinə töhfələrini vermək niyyətindədir. Nikol Paşinyan üzv ölkələr arasında əməkdaşlığın inkişafı üçün əhəmiyyətli bir potensial olduğunu gördüyünü vurğulayıb. Baş Nazir bildirib ki,aktual inkişaf istiqamətlərindən biri yüksək texnologiyar sahəsində qarşılıqlı əməkdaşlıqdır, hələ sentyabrda Ermənistanda Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Beynəlxalq Komissiyanın 17-ci iclasında bu sahənin inkişaf yolları müəyyən olunmuşdu.

“Mən məmnuniyyətlə qeyd edirəm ki, yeni baş katibin təyin olunması barədə razılığa gəldik. Əminəm ki, bu vacib vəzifədə Stanislav Vasilyeviç Zasın təcrübəsi vacib rol oynayacaq”, – deyən Nikol Paşinyan, vəzifələrini icra edə bilməməsi halında baş katib vəzifəsinin dəyişdirilməsini tənzimləyən hissədə tənzimləmə bazasının təkmilləşdirilməsi prosesinin başa çatmasından məmnunluğunu ifadə edib.

Bundan sonra Baş Nazir ölkəsində və bölgədəki təhlükəsizlik məsələlərinə toxunub, Qarabağ münaqişəsinin həlli prosesindən danışıb.

Ermənistan hökumətinin başçısı militarist istəklərin tamamilə ümidsiz olduğuna və sülh danışıqlarına və problemin sülh yolu ilə həllinə alternativ variantın olmadığına əminliyini bildirib. Bundan əlavə, Nikol Paşinyan qeyd edib ki, Azərbaycan rəhbərliyinin mövqeyi təkcə Cənubi Qafqazın deyil, həm də KTMT ölkələrinin təhlükəsizliyini təhdid edir: “Düşünürəm ki, yeni eskalasiyanın fəlakətli nəticələri Cənubi Qafqazın hüdudlarından kənara çıxacaq. Müharibə əzminə olan Azərbaycan Suriyada torpaq itirərək fəaliyyətlərini genişləndirmək üçün yeni ərazilər axtaran terrorçulara əlverişli bir plasdarm ola bilər. Eyni zamanda, Azərbaycan coğrafi baxımdan çox əlverişli bir platformadır ki, onun vasitəsilə ekstremistlər öz fəaliyyətlərini bütün istiqamətlərdə – cənubda İran, şimalda Rusiya, qərbdə Gürcüstan və şərqdə Orta Asiya ölkələrinə yaya bilərlər”.

Eyni zamanda, Nikol Paşinyan qeyd edib ki, KTMT üzvləri Qarabağ ətrafında yeni bir eskalasiyanın qarşısını almaq üçün lazımi vasitələrə malikdirlər. Baş nazirin sözlərinə görə, mümkün eskalasiyanın qarşısını almaq üçün KTMT üzv dövlətləri təhlükəsizliyi qorumaq maraqlarından irəli gələrək, Azərbaycanın yeni silah əldə etmək istəklərini cavabsız qoymalıdırlar: “Biz sülh istəyimizdə tam səmimiyik və təqdim etdiyim konsepsiya əsasında münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv dialoqa hazırıq. Danışıqları KTMT-nin dəfələrlə dəstəklədiyi ATƏT-in Minsk qrupu həmsədrlərinin beynəlxalq səviyyədə təsdiq edilmiş yeganə danışıq formatı çərçivəsində davam etdirəcəyik. Bu kontekstdə Minsk Qrupunun rusiyalı həmsədrliyinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*