Sovet xəritələrində Gorus-Qafan yolu yoxdur. Dünən Azərbaycan-Ermənistan sərhəddində insident baş verən ərazi Sovet Ermənistanının ərazisindən kənarda olub”.
KONKRET.az xəbər verir ki, bu bəyanatı Ermənistan parlamentinin iclasında bu gün baş nazir Nikol Paşinyan Gorus-Qafan yolunun bağlanmasına münasibət bildirərkən deyib.
30 ilə qədər davam edən işğal zamanı Ermənitan Azərbaycanın işğalda olan əraziləridə infrastruktur layihələri həyata keçirib. Hazırda sərhəddə yaranan insidentlərin də kökündə məhz bu amil dayanır. Baş nazir Paşinyanın bu gün parlamentdə söylədikləri də Ermənistanın işğalçılıq siyasətinin daha bir etirafıdır.
Xatırladaq ki, Ermənistan mediasının məlumatına görə, dünən Azərbaycan sərhədçisinə hücumdan sonra insident baş vermmiş ərazi Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülüb və Ermənistan vətəndaşları bu yoldan istifadə edə bilmir. Demokrat.az
