“Azadlıq Hərəkatı” Paşinyanın istefası üçün imza toplamağa başlayır.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Paşinyanın istefası üçün imza toplamağa başlanılır.
Aksiya fevralın 25-də Yerablur hərbi panteonunda başlayacaq. Bununla da iştirakçılar göstərmək istəyirlər ki, hakimiyyətin Ermənistanın adından Türkiyə və Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur.
Qeyd edək ki, ötən il noyabr ayından etibarən bir neçə siyasi və ictimai təşkilat hakimiyyətin siyasətinə etiraz olaraq mitinqlər, aksiyalar, yürüşlər keçirir.
Xuraman Etibarlı,
KONKRET.az
