Paşinyanın Mətbuat xidməti Blinkenlə söhbəti özündən uydurub – Erməni KİVbackend

Paşinyanın Mətbuat xidməti Blinkenlə söhbəti özündən uydurub - Erməni KİV

Ermənistan hökumətinin Mətbuat xidməti iyulun 13-ü ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığının baş tutması barədə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumatda telefon danışığının Amerika tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunub.

Lakin bununla belə, ABŞ Dövlət Departamenti sözügedən bu telefon danışığı barədə heç bir məlumat yaymayıb. Bununla əlaqədar olaraq, “Yerevan.Today” ABŞ-ın ölkədəki səfirliyinə sorğu göndərib və telefon danışığı ilə bağlı Amerika tərəfinin versiyasını təqdim etməyini tələb edib.

Bildirilir ki, erməni mediası tez-tez bu cür hallarla qarşılaşır. Belə ki, Nikol Paşinyanın Mətbuat xidmətinin məlumatı ilə qarşı tərəfin məlumatı üst-üstə düşmür. Paşinyan hər dəfə məlumata öz tərif dolu cümlələrini əlavə edir.

Daha sonradan ABŞ Dövlət Departamenti öz saytında tərəflər arasında baş tutmuş telefon danışığı ilə bağlı rəsmi məlumat yerləşdirib. Bu məlumat isə Ermənistan hökumətinin yaydığı məlumatdan əhəmiyyətli dərəcədə fərqlənib. Hətta demək olar ki, erməni tərəfinin yaydığı məlumatda düzgün olan tək fakt telefon danışığının olması faktıdır.

Məsələn, Paşinyanın yaydığı məlumatda deyilir: “Amerika tərəfi “Vətəndaş razılaşması” partiyasının seçkilərdə qalib gəlməsi münasibətilə Nikol Paşinyanı təbrik edib və ölkənin Ermənistanın demokratik nailiyyətlərini təmin etmək üçün son illərdə atdığı ardıcıl addımları vurğulayıb”.

Həmçinin, erməni tərəfinin təqdim etdiyi mətndə deyilir ki, guya ABŞ Dövlət katibi ölkədə keçirilən seçkilərlə bağlı Ermənistan xalqını təbrik edib və Paşinyanın ölkədəki seçki öncəsi gərginliyi sülh yolu ilə həll etmək və müxalifətlə sivil münasibətlər qurmaq səylərini yüksək qiymətləndirib.

Amerika tərəfinin mətnində bu haqda heç bir şey yazılmayıb. Həmçinin, Paşinyan tərəfinin təqdim etdiyinə zidd olaraq, yazının amerika versiyasında korrupsiyayla mübarizə, ədalət sahəsində görülən işlər barədə də heç bir qeyd yoxdur.

Bir sözlə, Ermənistan və Amerika tərəfinin təqdim etdiyi mətnlər tamamilə ayrı-ayrı mövzulardan bəhs edir.

“Yerevan.Today” xatırladır ki, Paşinyanın ayrı-ayrı dövlət liderlərinin, vəzifəli şəxslərin adlarından mətnlər hazırladığı ilk belə hal deyil./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*